Qazaxıstanda baş verən hadisələrdə saxlanılanların sayı 10 minə yaxınlaşıb

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Qazaxıstanda baş verən hadisələrdə polis tərəfindən saxlanılanların sayı 9900-ə yüksəlib.

Bu barədə Qazaxıstan Daxili İşlər Nazirliyi ölkədə keçirilən əməliyyat zamanı saxlanılanlarla bağlı məlumat verib.
Məlumata görə, polis ölkə üzrə 9900 nəfəri saxlayıb.

Son sutka ərzində Taraz şəhərində keçirilən əməliyyat zamanı təhlükəsizlik qüvvələri tərəfindən "Makarov" və "Toz 25" markalı tapançalar, gülləkeçirməz jiletlər və digər texnikalar götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31