Bolqarıstan prezidenti və baş nazir karantinə alındı

Bolqarıstan prezidenti Rumen Radev və baş naziri Kiril Petkov koronavirusa yoluxmuş parlament sədri ilə keçirilən iclasdan sonra karantinə alınıb.

OLaylar.az  Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkə prezidentinin mətbuat xidməti bildirib.

Qeyd olunur ki, prezident və baş nazir özünü yaxşı hiss edir. Prezident administrasiyasının adi rejimdə fəaliyyəti üçün bütün tədbirlər görülüb.

Eyni zamanda Bolqarıstan hökumətinin mətbuat xidməti bildirib ki, baş nazir Kiril Petkovla yanaşı, baş nazirin müavini və maliyyə naziri Asen Vasilev də özünütəcrid rejiminə keçib.

Qeyd edək ki, parlamentin sədri Nikola Minçev iclasdan sonra özünü pis hiss edib, test nəticəsində onun koronavirusa yoluxduğu məlum olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31