Bu ölkədə dəhşətli yanğın hadisəsi baş verdi: 100 ev kül oldu
11 Yanvar 2022 13:58 DünyaOlaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Çilinin Iquique şəhərində məhəllədə yanğın baş verib. Yanğınsöndürən maşınlar məhəllənin dar küçələrinə girə bilməyib. Nəticədə 100 ev yanaraq kül olub.
Məlumata görə, xilasetmə maşınları məhəllədəki dar yollara girə bilməyib və qruplar vasitələrdən uzadılan xortumlarla alovlara çatmağa çalışıb. Məhəllədə suyun kəsilməsi müdaxiləni daha da çətinləşdirib.
100 ev yanıb, yanğının səbəbi məlum deyil
Uzun müddətdir söndürülə bilməyən yanğında ən azı 100 evin yandığı, xəsarət alanların olmadığı açıqlanıb.
Bələdiyyə evlərini itirənləri təcili sığınacaqlara yerləşdirəcəyini söyləyib.
Məhəllədə baş verən yanğının səbəbi hələlik məlum deyil.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31