Türkiyəli futbolçu avtomobil qəzasında həlak oldu
11 Yanvar 2022 13:48 DünyaTürkiyəli futbolçu, "Konyaspor"un müdafiəçisi Əhməd Çalık avtomobil qəzasında həlak olub.
Olaylar.az xəbər verir ki, 27 yaşlı futbolçu Ankarada avtomobilin idarəetməsini itirərək qəza törədib və nəticədə avtomobil aşıb.
Futbolçu hadisə yerində dünyasını dəyişib.
Qeyd edək ki, 2020-ci ildən "Konyaspor"da çıxış edən Ə.Çalık 2017-2020-ci illərdə "Qalatasaray"ın heyətində çıxış edib və iki dəfə Türkiyə çempionu olub. Bundan başqa, o, Türkiyə kubokunun və Superkubokunun sahibi olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31