17 525 nəfərdə  koronavirusa yoluxma halı aşkarlandı

Olaylar.az TASS-a istinadən xəbər verir ki, Rusiyada koronavirusa yoluxma hallarının təsdiqlənmiş sayı gün ərzində  17 525 nəfər artaraq, 10 684 204 nəfərə çatıb.

Bu barədə koronavirusla mübarizədə böhran mərkəzindən məlumat verilib.

Yoluxanların nisbi artımı 0,16% təşkil edib.

Xüsusilə də,  gün ərzində Moskvada 4635, Sankt-Peterburqda 1512, Moskva vilayətində 855, Sverdlovskdə- 368, Rostovda -358, Krasnodar və Perm vilayətlərində hər birində 299 nəfər virusa yoluxma halı aşkar edilib.

Hazırda müalicə olunan xəstələrin sayı 634 499 nəfərə enib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31