Həbsxanada etiraz: 6 nəfər öldü

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Filippinin Paytaxt Bölgəsindəki həbsxanada baş verən qarşıdurmada azı 6 məhbus ölüb, 33 nəfər yaralanıb.

Bu barədə yanvarın 11-də Filippinin " Rappler" nəşri  ölkənin Daxili İşlər Nazirliyi yanında Həbsxanaların İdarə Edilməsi və Penologiya Bürosunun sözçüsü Xavyer Soldaya istinadən məlumat yayıb.

"Həbsxana yüksək hazırlıq vəziyyətindədir" deyə  Solda bildirib. Onun sözlərinə görə, hadisədən sonra cəzaçəkmə müəssisəsinin rəisi işdən çıxarılıb.

Agence France-Presse-in məlumatına görə , həbsxanada hazırda 1900 məhkum saxlanılır, tutumu isə 200-dən azdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31