Qazaxıstanda dövlət çevrilişi cəhdləri uğursuz oldu - Tokayev
11 Yanvar 2022 12:06 DünyaOlaylar.az Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev çərşənbə axşamı millət vəkilləri qarşısında deyib ki, Qazaxıstanda dövlət çevrilişi cəhdləri uğursuz alınıb.
"Dövlət çevrilişi cəhdləri, ölkənin ərazi bütövlüyünə cəhdlər uğursuzluqla nəticələnib. Biz Almatı və digər regional mərkəzləri bir millət kimi birlikdə müdafiə etmişik. Onlar ən qısa zamanda bərpa olunacaq", - dövlət başçısı bildirib.
O qeyd edib ki, hüquq-mühafizə orqanlarının heç də hamısı öz vəzifələrinə sadiq qalmayıb.
"Bir sıra şəhərlərdə Milli Təhlükəsizlik Komitəsinin idarə rəisləri kifayət qədər döyüş arsenalının olmasına baxmayaraq, işğal etdikləri binaları tərk edərək orada silah və məxfi sənədlər qoyublar", - deyə prezident bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31