ABŞ-da koronavirusa yoluxanların sayı  1 milyona çatdı: dünya rekordunu qırdı

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ yanvarın 10-da  ən azı 1,13 milyon yeni koronavirus hadisəsi olduğunu bildirib.

Bu barədə  Reuters-in  verdiyi məlumatda qeyd olunub.

Məlumata  görə, bu, indiyədək istənilən ölkədə gündəlik halların ən yüksək sayıdır.

ABŞ-da əvvəlki rekord yanvarın 3-də bildirilən 1,03 milyon hadisə olub.

Yeni yoluxma  həftəlik orta göstərici iki həftədə artaraq gündəlik 700 mini keçib və  əvvəlki  sayı nəzrə alaraq üç dəfə artırdı.

Yeni yoluxanların sayında rekord səviyyənin açıqlandığı gün ABŞ-da koronavirus səbəbiylə xəstəxanaya yerləşdirilənlərin sayı bütün zamanların ən yüksək səviyyəsinə yüksəlib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31