Tokayev tarix açıqladı: "KTMT hərbçiləri Qazaxıstandan çıxır"

KTMT hərbi qüvvəlləri mərhələli şəkildə çıxarılması iki gündən sonra başlayacaq.

Olaylar.az xəbər verir ki, bunu Qazaxıstan prezidenti Qasım-Comərd Tokayev parlamentdə çıxışı zamanı bildirib.

"KTMT sülhməramlı qüvvələrinin əsas missiyası uğurla başa çatıb, iki gündən sonra KTMT-nin birləşmiş sülhməramlı kontingentinin mərhələli şəkildə çıxarılmasına başlanılacaq. Kontingentin çıxarılması prosesi 10 gündən çox çəkməyəcək", - Tokayev deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31