Qazaxıstanın Prezidenti Kasım-Jomart Tokayev yeni Baş nazir təyin edib.
Olaylar.az APA-ya istinadən bildirir ki, o, bu barədə fərman imzalayıb.
Fərmana əsasən, yeni Baş nazir Alixan Smailov olub.
Parlamentin aşağı palatasının deputatları Baş nazirin sabiq müavininin təyinatını dəstəkləyiblər.