Dünyaya "Deltakron" ştammı yayılıb? - ÜST-dən cavab
10 Yanvar 2022 22:10 DünyaÜST eksperti yunan alimlərinin "Omikron" və "Delta"nı birləşdirən Kovid-19 mutasiyasını kəşfi ilə bağlı iddalarına münasibət bildirib.
Olaylar.az xarici KİV-ə istinadla xəbər verir ki, daha əvvəl Kipr Universitetinin biologiya elmləri professoru Leondios Kostrikis mutasiyaya "Deltakron" adını verdiklərini açıqlamışdı.
"Deltakron"un "Delta" və "Omikron" variantının birləşməsindən ibarət olduğu fikrində olan komanda, bölgədə 25 yoluxma halı müəyyən etdiklərini açıqlamışdı.
Ümumdünya Səhiyyə Təşkilatında (ÜST) işləyən yoluxucu xəstəliklər üzrə həkim Krutika Kuppalli yunan alimlərinin iddiasını təkzib edib:
"Deltakron real deyil", - deyə o söyləyib. /medicina.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31