Avropa Parlamentinin sədri xəstəxanaya yerləşdirildi
10 Yanvar 2022 21:35 DünyaAvropa Parlamentinin sədri, italiyalı deputat David Sassoli xəstəxanaya yerləşdirilib.
Olaylar.az xəbər verir ki, bunun səbəbi "immun sisteminin pozuntusu üzündən baş verən ağır fəsadlar"dır. D.Sassolinin iştirak etdiyi bütün tədbirlər təxirə salınıb.
İtaliya Demokrat Partiyasının nümayəndəsi, keçmiş jurnalist olan D.Sassoli 2019-cu ilin iyul ayında 2 il yarımlıq müddətə AP sədri seçilib. Ötən ay 65 yaşlı siyasətçi sözügedən vəzifəyə namizəd olmayacağını açıqlamışdı.
(Sfera)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31