Tokayevdən Mişelə: Buna əməl etməyə sadiqik

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevlə Avropa Birliyi (AB) Şurasının Prezidenti Şarl Mişel arasında telefon danışığı baş tutub.

Olaylar.az  xəbər verir ki, bu barədə Qazaxıstan prezidenti açıqlamasında deyib.

"Qazaxıstan öz beynəlxalq öhdəliklərinə əməl etməyə və AB ölkələri və onun təsisatları ilə əməkdaşlığı inkişaf etdirməyə sadiqdir", - bunu Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Avropa Birliyi (AB) Şurasının Prezidenti Şarl Mişellə telefon söhbətində deyib.

Tərəflər Qazaxıstandakı vəziyyəti müzakirə ediblər.

Telefon əlaqəsinin Avropa tərəfinin təşəbbüsü ilə baş tutduğu bildirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31