“TikTok”un milyonçuları bəlli oldu
10 Yanvar 2022 19:33 Dünya"Forbes" jurnalı 2021-ci ildə ən çox qazanc əldə edən tiktokerlərin siyahısını dərc edib.
Olaylar.az olay-a istinadən xəbər verir ki, 5-ci yerdə Kris Kollins və Avanni Qreqdir. Onlar il ərzində 4,75 milyon dollar qazanıb.
4-cü pillədə 5 milyon dollar gəlirlə Bella Porç və Coş Riçards qərarlaşıb.
Edisson Rai 8,5 milyon dollar qazanaraq 3-cü yerin sahibi olub.
2-ci sırada Diksi Di Amelio var. Onun il ərzindəki qazancı 10 milyon dollardır.
Siyahının lideri isə Çarli Di Ameliodur. O, 2021-ci ildə "TikTok"dan 17,5 milyon dollar gəlir əldə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31