Türk Mədəniyyəti və İrsi Fondunun Baş Qərargahında dövlətlərin bayraqları yarıya endirilib
10 Yanvar 2022 20:40 DünyaQazaxıstan Respublikasında baş vermiş faciəvi hadisələr nəticəsində çoxsaylı insanların həlak olması ilə əlaqədar Ümummilli Matəm Günü elan edilib.
Bununla bağlı, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Baş Qərərgahında təşkilata üzv və müşahidəçi dövlətlərin bayraqları yarıya endirilib.
Fond qurucu üzv dövlətlərindən olan Qazaxıstanda həyatını itirən insanların xatirəsini ehtiramla yad edir, onlara Allahdan rəhmət diləyir və bütün qazax xalqına dərin hüznlə başsağlığı verir.
İnanırıq ki, Türk Dünyasının ayrılmaz parçası olan Qazaxıstan qısa zaman ərzində inamlı addımlarla ilərləyərək, Türk xalqlarının birliyinin daha da möhkəmlənməsi naminə həmişəki fəaliyyətini davam etdirəcəkdir.
Turkic Foundation
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31