Fransada  güclü yağış və daşqınlara görə qırmızı təhlükə elan edilib

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Fransanın cənubunda 5 bölgədə güclü yağışın səbəb olduğu daşqınlara görə "qırmızı xəbərdarlıq" elan edilib.

Meteo (Fransa Meteorologiya İdarəsi) ölkənin cənub-qərbində Pireney-Atlantik, Landes, Hautes-Pyrenees, Haute-Garonne və Ariege bölgələrində güclü yağış və daşqınlara görə "qırmızı təhlükə" elan edib.

Gerd, Nord və Aisne bölgələrində daşqın riski, Pireney-Şərq bölgəsində isə uçqun təhlükəsi ilə bağlı "narıncı xəbərdarlıq" elan edilib.

Palçıq daşqınlarının Pireney-Atlantik və Landes bölgəsində də müşahidə oluna biləcəyi bildirilir.

Yerli mətbuat Pireney-Atlantik bölgəsinin Bask əyalətində ən azı 900 evə elektrik enerjisinin verilə bilmədiyini, bölgənin bəzi bölgələrində dəmir yolu nəqliyyatının dayandırıldığını, bəzi şəhərlərdə məktəblər üçün nəqliyyat fəaliyyətlərinin ləğv edildiyini yazıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31