Son sutkada 21 min 501 nəfərdə koronavirus aşkarlandı
10 Yanvar 2022 16:17 DünyaOlaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, İsraildə son sutka ərzində 21 min 501 nəfərdə koronavirus aşkarlanıb.
Bu barədə İsrail Səhiyyə Nazirliyinin verdiyi açıqlamada bildirilib.
Son sutkada 21 min 501 nəfərdə COVID-19 aşkarlanıb, ağır xəstələrin sayı isə 222-yə yüksəlib.
Ölkədə epidemiya başlayandan bəri virus səbəbindən həyatını itirənlərin sayı 8 min 269-a çatıb.
Digər tərəfdən, İsrail mətbuatında yer alan xəbərlərə görə, orduda COVID-19-a tutulan personalın sayı 5187-yə yüksəlib.
İsrailin Baş naziri Naftali Bennet yanvarın 10-da Omicron variantının yayılmasının son dalğasında əhalinin təxminən 40 faizinin COVID-19-a yoluxa biləcəyini açıqlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31