Cenevrədə ABŞ-Rusiya təhlükəsizlik danışıqları başlayır

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, İsveçrənin Cenevrə şəhərində ABŞ dövlət katibinin müavini Vendi Şerman və Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkovun sədrliyi ilə ABŞ və Rusiya arasında təhlükəsizlik danışıqları keçirilir.

Danışıqlar ABŞ-ın Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə ofisində  10:55-də başlayıb.

İki ölkənin yüksək səviyyəli diplomatlarının iştirak etdiyi Strateji Sabitlik Dialoqunun (SSD) fövqəladə iclasında Ukrayna problemi, NATO-nun şərqə doğru genişlənməsi, nüvə silahlarına nəzarət və kibercinayətkarlıq kimi məsələlərin də müzakirə ediləcəyi gözlənilir.
Danışıqlardan sonra tərəflərin CEST 19.30-dan başlayaraq ayrı-ayrılıqda mətbuat konfransları keçirəcəkləri açıqlanıb.

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib ki, Şerman və Ryabkov yanvarın 9-da  Cenevrədə görüşüb və bugünkü danışıqların gündəliyini müzakirə ediblər.

ABŞ prezidenti Co Bayden və Rusiya prezidenti Vladimir Putin iyunun 16-da Cenevrədə görüşüb və iki lider ziddiyyətli məsələlərin həlli üçün dialoqu davam etdirmək qərarına gəliblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31