Qazaxıstanda Milli Matəm Günü: Bayraqlar yarıya endirildi

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Qazaxıstanda LPG qiymətlərinin artırılmasından sonra başlayan hadisələrdə həyatını itirənlər üçün ümummilli matəm elan edilib və etirazlar ölkə daxilində qarşıdurmalara çevrilib.

Matəm Günündə bütün dövlət qurumlarında və ölkənin xaricdəki nümayəndəliklərində, xüsusilə Prezident Sarayı Akordada bayraqlar yarıya qədər endirilib.

Televiziya kanalları və radio verilişlərindəki əyləncə proqramları yığışdırıldı. Dövlət qurumlarının və xəbər agentliklərinin internet saytlarının əsas səhifələri də ağ-qara rəngdə hazırlanıb.

Qazaxıstanda elan edilən Milli Hüzn  Günü ilə əlaqədar Türkiyənin Nur Sultandakı səfirliyi qazax xalqı ilə həmrəy olduqlarını bildirərək, səfirliyin bayraqlarını yarıya qədər endirib və sosial media hesablarında "Biz birlikdəyik, qardaş Qazaxıstan"- bəyanatını verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31