Xilasetmə maşını aşdı, 4 nəfər həlak oldu

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Bursanın Orhaneli rayonunda yoldan çıxan yanğınsöndürən maşınının  xəndəyə  aşması nəticəsində 4 yanğınsöndürən həyatını itirib.

Bursa-Harmancık avtomobil yolunun Orhaneli rayonu, Nalınlar məhəlləsindəki meşə anbarında dağıntı və xəsarətlə nəticələnən yol qəzası baş verib.

Yağışın güclü olduğu bölgədə yoldan çıxan yanğınsöndürən maşını hadisə yerinə 200 metr qalmış xəndəyə düşüb.

İlkin məlumatlara  görə qəzada 4 yanğınsöndürən ölüb, 1 yanğınsöndürən isə ağır yaralanıb.

 Qəza yerində işlərini davam etdirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31