KTMT-nın iclasında nələr müzakirə ediləcək?

"Bu gün günün birinci yarısında Kollektiv Təəhlükəsizlik müqaviləsi Təşkilatının (KTMT) növbədənkənar sessiyası öz işinə başlayır. Heç şübhəsiz, növbədənkənar sessiyanın çağırılması Qazaxıstanda baş verən hadisələrlə bağlıdır və burada Orta Asiyanın ən nüfuzlu ölkəsində son günlər baş verən hadisələr müzakirə olunacaq". Bunu "Olaylar"a deyən politoloq Əlimusa İbrahimovun sözlərinə görə, gözləniləndir ki, Rusiya Prezident Vladimir Putin və Qazaxıstanın başçısı Qasım- Comərt Tokayev bu təşkilat üzvlərinə - Rusiya, Belarus, Ermənistan, Qırğız Respublikası və Tacikistana, hərbi strukturların və dövlət əhəmiyyətli başqa obyektlərin mühafizəsində iştirak etmək üçün Qazaxıstana  öz hərbçilərini göndərdiklərinə görə təşəkkür edəcək: "Müzakirələrdə Qazaxıstanda baş verən hadisələrlə bağlı KTMT-nin bundan sonra atacağı addımlar müəyyənləşdiriləcək. Eyni zamanda iğtişaş baş verən şəhərlərdə hümanitar vəziyyətin stabilləşməsi istiqamətində tədbirlər görüləcəyi də proqnozlaşdırılır. Ermənistanın digər KTMT üzvləri ilə birlikdə öz sülhməramlılarını Qazaxıstana göndərməsi Paşinyana müxalif olan qüvvələr tərəfindən ciddi müzakirə mövzusudur. Orada Paşinyanın bu hərəkətini yenə də erməni xalqına xəyanət kimi qiymətləndirirlər. Onlar düşünürlər ki, son iki ildə Ermənistanın bir neçə dəfə ciddi təhlükələrlə üz-üzə qalmasına baxmayaraq KTMT öz sülhməramlılarını göndərmədi. Belə olan halda Ermənistan da oz kontingentini Qazaxıstana göndərməli deyildi.Digər bir qup iddia edir ki, Ermənistan Baş Naziriinin bu addımı onun Avropa və Amerikaya olan ümidlərinin boşa çıxmasının nəticəsidir və bunun Ermənistan Avroatlantik məkandan daha da uzaqlaşır".

Onun sözlərinə görə,  Paşinyan təşkilatın digər üzvləri ilə birlikdə sülhməramlı qüvvəılərini Qazaxıstana göndərməsəydi bu onun tərəfindən KTMT və Rusiyaya qarşı çox ciddi xəyanət hesab olunardı və bununla o öz siyasi ölüm hökmünə imza atardı: "Digər məsələlərlə yanaşı Paşinyanın Qazaxıstana əsgər göndərməklə Rusiyanın imicinə xidmət etməsi  və gələcəkdə ermənistanda baş verə biləcək oxşar iğtişaş və qiyamlardan özünü  sığortalanmaq məqsədi güdməsi daha ağlabatandır. O yaxşı bilir ki, Avropa, nə də Amerika ölkə daxilində baş verə biləcək iğtişaşlara müdaxilə edib onu azğın kütlənin əlindən qurtarmayacaq. Amma Rusiya və KTMT buna qadirdir və Paşinyanın Qazaxıstanda oynadığı rol layiqincə qiymətləndiriləcək".

Alim Hüseynli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31