KTMT-nin Baş katibi Qazaxıstana gedir

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi Stanislav Zas yanvarın 11-i Qazaxıstana səfər edəcək. "Qafqazinfo" xəbər verir ki, bunu Stanislav Zas KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının iclasında deyib. Zas vəziyyətlə yerində tanış olmaq üçün ölkəyə səfər edəcək. O, Qazaxıstanda ölkə rəhbərliyi və komandirlərlə görüşlər keçirəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31