Qazaxıstan prezidenti göstərilən köməyə görə Putinə təşəkkür edib
10 Yanvar 2022 13:20 DünyaQazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Rusiya lideri Vladimir Putinə ölkədəki iğtişaşlar fonunda göstərdiyi köməyə görə təşəkkür edib.
Olaylar.az xəbər verir ki, KTMT Şurasının növbədənkənar sessiyasında Tokayev əlavə edib ki, o, hadisələr başlayandan Putinlə əlaqə saxlayıb.
"Rusiya Federasiyasının Prezidenti Vladimir Vladimiroviç Putinə xüsusi təşəkkürümü bildirmək istərdim", - deyən Tokayev, Qazaxıstana sülhməramlıların göndərilməsi məsələsini başa düşdüyünə və operativ həllinə görə Rusiya liderinə minnətdarlığını bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31