Rusiyada son sutkada 15 830 koronavirusa yoluxub
10 Yanvar 2022 12:56 DünyaRusiyada 15 830 yeni COVID-19-a yoluxma halı aşkarlanıb. Olaylar.az xəbər verir ki, bu barədə Koronavirusla Mübarizə üzrə Operativ Qərargahdan məlumat verilib.Son sutka ərzində COVID-19-dan ölənlərin sayı 741 nəfər olub, 19 890 nəfər sağalıb.
Qeyd edək ki, ümumilikdə, pandemiyanın başlanğıcından indiyədək Rusiyada 10 milyon 666 min 679 nəfər koronavirusa yoluxub, 315 min 904 nəfər ölüb, 9 milyon 706 min 802 nəfər sağalıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31