Qazaxıstanda baş verən hadisələrdə saxlanılanların sayı artdı

Olaylar.az xarici KİV-ə istinadən xəbr verir ki, Qazaxıstanda yanacağın  qiymətinin   artması  ilə bağlı baş verən hadisələrdə digər ölkə vətəndaşları da daxil olmaqla 7 min 939 nəfər saxlanılıb.
 Bu barədə Qazaxıstan Daxili İşlər Nazirliyindən  ölkədə keçirilən əməliyyatlarda saxlanılanlarla bağlı məlumat verilib.

Açıqlamada ölkə daxilində saxlanılanların sayının 7 min 939-a yüksəldiyi, etirazlar zamanı ölkənin ictimai asayişini və konstitusiya quruluşunu qoruyarkən yaralanan təhlükəsizlik qüvvələrinin sayının 1300-dən daha çox olduğu bildirilib. 

Qazaxıstan mediası isə zorakılıq nümayişləri zamanı azı 164 nəfərin öldüyünü yazıb.

Əvvəlki məlumatlarda 44 nəfərin həyatını itirdiyi bildirilirdi.

Qazaxıstan prezidentinin ofisi 6 minə yaxın adamın, o cümlədən xeyli sayda xarici vətəndaşın həbs edildiyini açıqlayıb.

Qazaxıstanın qərbində , qısa müddətdə yanvarın 2-də maye qazın (LPG) bahalaşması və ölkədə sosial-iqtisadi vəziyyətin pisləşməsi zəminində başlayan etirazlar ölkənin qərb və cənub əyalətlərini də əhatə edib. 

Küçə hadisələrinə çevrilən nümayişlər zamanı təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında qarşıdurma yaşanıb. Xüsusilə ölkənin cənubunda Almatıda polis maşınlarını yandıraraq ictimai binaları zəbt edən etirazçılar vətəndaşlara silahla hücum ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31