Meksikada ilk dəfə olaraq "fluron" virusu aşkarlanıb
10 Yanvar 2022 12:33 DünyaOlaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, Meksikada 3 nəfərdə COVID-19 və mövsümi qrip infeksiyasının birləşməsi olan flurona aşkar edilib.
COVID-19 və mövsümi qrip infeksiyasının birləşməsi olan Flurona Meksikada da qeydə alınıb.
Bu barədə Əyalət rəhbərliyi Nayarit əyalətində 1 nəfərdə, Xalisko əyalətində isə 2 nəfərdə "fluron" aşkar edildiyini açıqlayıb.
Xalisko ştatının Qvadalaxara Universitetinin laboratoriya müdiri Alejandra Natali açıqlamasında bildirib ki, ştatda aşkarlanan 2 Flurona hadisəsinin sağlamlıq vəziyyəti ağır deyil və onlar ambulator müalicə olunublar.
Natali eyni zamanda özəl bir şirkətlə COVID-19 və mövsümi qripin diaqnozunu mümkün edən test dəstləri hazırladıqlarını və bu test dəstləri ilə fluron hadisələrini asanlıqla diaqnoz edə bildiklərini söyləyib.