Qazaxıstanda iğtişaşlar zamanı dinc sakinlər arasında ölənlər var - Tokayev

Qazaxıstanda iğtişaşlar nəticəsində dinc sakinlər arasında həlak olanlar var, hazırda dəqiq say müəyyənləşdirilir.

Trend-in məlumatına görə, bunu Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) iclasında deyib.

Onun sözlərinə görə, güc strukturlarının 16 əməkdaşı həlak olub, 1,3 mindən çoxu yaralanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31