Qazaxıstanda polkovnik ölü tapıldı

Nur-Sultanda Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin polkovniki Azamat İbrayev ölü tapılıb. 

Olaylar.az xəbər verir ki, bu barədə  qurumun  mətbuat xidməti məlumat yayıb .
"2022-ci il yanvarın 10-da Nur-Sultan şəhərində   polkovnik  Əzəmət İbrahimovun meyiti yaşayış yerindəki evin həyətində aşkar edilib. Faktla bağlı ibtidai istintaq aparılır" - nazirliyin açıqlamasında deyilir.
Qeyd edək ki, bundan öncə də Qazaxıstan polisinin general-mayoru Janat Suleymenovun intihar etdiyi də məlum olmuşdu. Hadisənin səbəbləri araşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31