Qazaxıstanda 8000 minə yaxın insan həbs olunub
10 Yanvar 2022 11:28 DünyaSon günlərdə baş verən hadisələr zamanı 7939 nəfərin həbs olunduğunu bildirib.
Bu barədə Qazaxıstan DİN məlumat yayıb.
"Bütün ölkə üzrə 7939 nəfər saxlanılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları Milli Qvardiyanın və xüsusi təyinatlıların hərbçiləri ilə birlikdə Almatıda iki bazarda 207 nəfəri saxlayıblar. Oğurlanmış 5 avtomobil, və 6 ədədə soyuq silah müsadirə edilib" - məlumatda deyilir.
Qazaxıstan Milli Sahibkarlar Palatasının məlumatına görə, hadisələr zamanı dəymiş ziyanın məbləği 215 milyon dolları ötüb.
Almatıda gərginlik hələ də davam edir. Şəhərdə həyatın normal məcraya dönməsi istiqamətində ciddi addımlar atılır. Lakin hələ də Almatı hava limanı işləmir. Bu barədə hava limanının mətbuat xidməti məlumat yayıb.Ölkə.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31