Efiopiyada qaçqın düşərgəsinə hava hücumu nəticəsində onlarla insan həlak olub

Efiopiyanın şimal-qərbindəki Tiqray əyalətində məcburi köçkünlər üçün düşərgəyə endirilən hava zərbəsi nəticəsində azı 56 nəfər həlak olub.

Trend bu barədə "Reuters" agentliyinə istinadən xəbər verir.

Hücum yanvarın 7-də axşam saatlarında Eritreya ilə sərhəddə yerləşən Dədəbit şəhəri yaxınlığındakı düşərgəyə edilib. Nəticədə 56 nəfər həlak olub, daha 30 nəfər yaralanıb.

Efiopiya hökuməti hələ də hadisəylə bağlı məlumat verməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31