Naviqatora “aldanan” TIR sürücüsünün təhlükə dolu anları - VİDEO

Naviqatorun göstərişi ilə hərəkət edən sürücü TIR-ı ilə birlikdə uçuruma düşməkdən son anda qurtulub. Hadisə Çinin şimalındakı Şansi əyalətinin Çançji şəhəri yaxınlığında qeydə alınıb.

Olaylar.az  oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, yük maşını sürücüsü yolun daralmış hissəsindən keçə bilməyəcəyini anlayanda artıq gec olub. O geri sürmək istəyəndə maşının təkəri uçurumun kənarına düşüb, nəticədə kabinə uçuruma doğru əyilib.

Sürücü və sərnişini salondan çıxa bilsə də, TIR-ı hərəkət etdirmək mümkün olmayıb.

Nəhayət xilasedicilər qrupu çağırılıb. Yük maşını 3 traktorun köməyi ilə yola çıxarıla bilib. Məlumata görə, bu əməliyyat üç gün çəkib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31