Tokayev operativ qərargahın iclasını keçirdi
8 Yanvar 2022 12:07 DünyaQazaxıstan prezidenti Kasım-Jomart Tokayevin rəhbərliyi ilə operativ qərargahın iclası keçirilib.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti bildirib.
K.Tokayev iğtişaşlar nəticəsində zərər dəymiş Almatı və digər şəhərlərdə inzibati, sosial və kommunal obyektlərin, infrastrukturun bərpası məsələsinə xüsusi diqqət ayırmağı tapşırıb.
Bundan başqa o, ölkə vətəndaşlarının maraqları çərçivəsində vəziyyətin sabitləşdirilməsi məqsədilə müvafiq qurumların operativ fəaliyyətinin təmin olunması üçün göstərişlər verib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31