Nazarbayev xalqı Tokayevin ətrafında sıx birləşməyə çağırıb
8 Yanvar 2022 11:45 DünyaQazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev ölkənin bütövlüyünü qorumaq və mövcud çətinliklərə qalib gəlmək üçün xalqı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin ətrafında sıx birləşməyə çağırıb.
Olaylar.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Nazarbayevin mətbuat katibi "Twitter"də məlumat yayıb.
Məlumatda bildirilib ki, Nursulatn Nazarbayev ölkəni tərk etməyib və o, hazırda paytaxt Nur-Sultandadır.
Qeyd olunub ki, Nursultan Nazarbayev məsləhətləşmələr keçirir, o, Prezident Kasım-Jomart Tokayevlə birbaşa əlaqədədir və həmçinin qonşu və dost ölkələrin liderləri ilə telefonla əlaqə saxlayır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31