Türkiyə Qazaxıstana təxliyyə təyyarəsi göndərir

Türkiyənin milli aviadaşıyıcısı "Türk Hava Yolları" yanvarın 8-də Qazaxıstandan 75 nəfərlik təxliyə reysi həyata keçirəcək.

"Qazaxıstanda baş verən xoşagəlməz hadisələrlə əlaqədar olaraq aviaşirkətimizin uçuşları yanvarın 9-dək dayandırılıb. Bununla əlaqədar yanvarın 8-də "Türk Hava Yolları" və digər aviaşirkətlərin əməkdaşları da daxil olmaqla 75 nəfərin çıxarılması üçün xüsusi reys təşkil olunacaq", - məlumatda deyilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31