Fransada hicaba qarşı HÖRMƏTSİZLİK: "Başını açmasan..."

Fransanın paytaxtı Parisdə buraxılış mərasimində hicablı tələbə islamofob rəftara məruz qalıb.

Olaylar.az-ın məlumatına görə, Paris Vəkillər Kollegiyasının formalaşma məktəbində təcrübəçi hüquqşünasların peşə fəaliyyətinə başlaması üçün andiçmə mərasimi keçirilib.

Paris Apellyasiya Məhkəməsinin nəzarəti ilə keçirilən mərasimdə rəsmilər Sara adlı tələbənin hicablı olduğunu görərək, irad bildirib və tədbirdə iştirak edə bilməyi üçün ondan başını açmağı tələb ediblər.

Hicablı xanım bu seçimi rədd etdiyinə görə məmurlar onu görünməməsi üçün zalın arxa tərəfində, tənha yerdə oturmağa məcbur ediblər. Saranın etirazına cavab olaraq, başqa idarəçi dərhal baş örtüyünü çıxartmalı olduğunu bildirib, əks halda and içməsinə icazə verilməyəcəyi ilə hədələyib.

Salonda olan digər vəkil namizədlər isə məmurların rəftarına reaksiya verib.

And içərkən hicabını açmaq məcburiyyətində qalan Sara bu vəziyyətin iküzlülük olduğunu söyləyib:

"Gülməli olan odur ki, məni hicabımı çıxartmağa məcbur edənlər yarım saat sonra tribunaya çıxıb azadlıq və müstəqillikdən danışdılar. Bu, tamamilə ikiüzlülükdür".

Mənbə: sonxeber.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31