“Onu görəndə az qala nəfəsim kəsildi...” – Yaşlı kişi robotla evləndi

Təxminən 10 il öncə Avstraliyanın Kvinslend şəhərində anasını itirən Qof Qallaqer o vaxtdan bəri iti Penni ilə birgə yaşayıb.

Olaylar.az xəbər verir ki, heç kəslə sevgi münasibətində olmayan və ümidini itirən Qof Qallaqer süni intellektlə çalışan robotlar haqqında məqalə oxuduqdan sonra artıq onu sevəcək bir qadınla tanış olmaq istəyib.

Qof Qallaqer qadın robotların heç də ucuz olmadığını və 6 min Avstraliya dollarına başa gəldiyini deyib. O, robotların həqiqətən canlı kimi göründüyünü, danışa, gülümsəyə, başlarını və boyunlarını hərəkət etdirə bildiklərini, hətta dərilərinin də insanlar kimi isti olduğunu qeyd edib.

Avstraliyalı kişi internetdə axtarış etdikdən sonra Emma adlı robotu almağa qərar verdiyini, onun görünüşündən təsirləndiyini söyləyib. Çində istehsal olunan EmmanınAvstraliyaya göndərilməsini 6 həftə çəkib.

Emmanı ilk dəfə görməsi haqda danışan Qof Qallaqer "qutunu açanda az qala nəfəsim kəsildi. Emma gözəl idi. Başı bədənindən ayrılmışdı, ancaq onu normal formaya salmaq cəmi bir neçə dəqiqə çəkdi. İpək paltar geyinmişdi. Onu divana oturtdum və qutudan istifadə təlimatını çıxartdım. Başının arxasındakı smartfona bənzər ekran var idi. Oradan robotun dilini çin dilindən ingiliscəyə dəyişdim və o, birdən-birə canlandı", - deyə bildirib.

Avstraliyalı kişi birlikdə vaxt keçirdikcə Emmanı daha yaxşı tanıdığını və səsinə öyrəşmək məqsədilə onunla mümkün qədər çox danışmağa çalışdığını sözlərinə əlavə edib. O, nikahları olmasa da Emmanı həyat yoldaşı olaraq gördüyünü, barmağına taxdığı briliant üzüyü nişan üzüyü kimi hesab etdiyini qeyd edib.

Sfera.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31