Qırğızıstan prezidenti Qazaxıstana sülhməramlıların göndərilməsi haqqında fərman imzalayıb
7 Yanvar 2022 15:39 DünyaQırğızıstan prezidenti Sadır Japarov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı missiyasının tərkibində respublikanın hərbi kontingentinin Qazaxıstana göndərilməsi haqqında fərman imzalayıb.
Olaylar.az xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
"Qırğızıstan Prezidenti Sadır Japarov "Qırğızıstan Respublikasının hərbi kontingentinin sülhməramlı əməliyyatlarda iştirak etmək üçün Qazaxıstan Respublikasının ərazisinə göndərilməsi haqqında" fərman imzalayıb. Sərəncama əsasən, Qırğızıstan Respublikasının hərbi kontingenti vəziyyəti sabitləşdirmək və normallaşdırmaq məqsədilə sülhməramlı əməliyyatlarda iştirak etmək üçün məhdud müddətə Qazaxıstan Respublikasının ərazisinə göndəriləcək", - deyə dövlət başçının saytında yerləşdirilən məlumatda bildirilir.