Şimali Kiprin baş naziri Türkiyəyə səfər edəcək
7 Yanvar 2022 14:43 DünyaŞimali Kipr Türk Respublikasının baş naziri Faiz Sucuoğlu yaxın günlərdə Türkiyəyə səfər edəcək. "OLAYLAR" xəbər verir ki, rəsmi görüşlər məqsədi daşıyan səfər yanvarın 12-dən başlayacaq.
Səfər çərçivəsində baş nazir Faiz Sucuoğlu əvvəlcə Türkiyə prezidentinin köməkçisi Fuad Oktayla bir araya gələcək. Görüşdə iki ölkə arasında əlaqələrin inkişaf perspektivləri, eləcə də Kipr problemi ilə bağlı məsələ müzakirə ediləcək.
Şimali Kiprin baş nazirinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul edilməsi də nəzərdə tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31