Türkiyə və Qazaxıstan XİN başçıları telefonla danışdı

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə qazaxıstanlı həmkarı Muxtar Tleuberdi arasında telefon danışığı olub. Olaylar.az xəbər verir ki, bu barədə  Türkiyə XİN-dən məlumat verilib.M.Çavuşoğlu Türkiyənin Qazaxıstana hər zaman dəstək olduğunu bildirib.

Tərəflər həmçinin yanvarın 11-də videokonfrans formatında baş tutacaq Türk Dövlətləri Təşkilatı xarici işlər nazirlərinin toplantısı barədə fikir mübadiləsi aparıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31