Putin və Paşinyan Qazaxıstandakı vəziyyəti müzakirə ediblər

Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan telefon danışığı zamanı Qazaxıstandakı vəziyyəti müzakirə ediblər. 

Olaylar.az xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
"Telefon danışığı zamanı Nikol Paşinyan və Vladimir Putin Qazaxıstandakı mövcud vəziyyəti, eləcə də KTMT çərçivəsində birgə addımların həyata keçirilməsi prosesini müzakirə ediblər", - məlumatda deyilir.
Qeyd edək ki, Qazaxıstanda etirazlar yanvarın 2-də başlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31