Qazaxıstan bu ölkə ilə sərhədləri bağlayır
7 Yanvar 2022 13:25 DünyaOlaylar.az xəbər verir ki, Qazaxıstan hakimiyyəti yamvarın 7-də Qırğızıstanla sərhəddə yerləşən daha üç keçid məntəqəsini bağlayıb.
Bu barədə Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Xidməti məlumat yayıb.
"2022-ci il yanvarın 7-dən Vahid İnformasiya Sistemində yaranmış nasazlıq səbəbindən Qazaxıstan tərəfi birtərəfli qaydada Korday-Avtodorojniy, Karasu-Avtodorojniy və Kegen-Avtodorojniy keçid məntəqələrində insanların, nəqliyyat vasitələrinin və malların keçidini müvəqqəti dayandırıb. Yanvarın 7-də səhər Qazaxıstan hakimiyyəti eyni səbəbə görə Qırğızıstanla sərhəddə daha iki keçid məntəqəsini bağlayıb.Hazırda iki dövlətin sərhədindəki yeddi keçid məntəqəsindən yalnız ikisi fəaliyyət göstərir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31