Rusiyada son sutkada 16 735 nəfər koronavirusa yoluxub

Rusiyada son sutka ərzində 16 735 yeni koronavirusa yoluxma faktı qeydə alınıb. Olaylar.az xəbər verir ki, bu barədə infeksiyanın yayılması ilə mübarizə üzrə operativ qərargahdan məlumat verilib.

"Rusiyada son sutka ərzində 85 regionda 16 735 yeni koronavirusa yoluxma halı aşkarlanıb. Onlardan 11%-də xəstəliyin kliniki təzahürləri olmayıb. 787 ölüm qeydə alınıb. Gün ərzində Rusiyada 22 035 nəfər tam sağalıb", - məlumatda deyilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31