84 yaşlı kişi 12-ci peyvəndi alarkən tutulub
7 Yanvar 2022 12:59 DünyaOlaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, 84 yaşlı hindistanlı 12-ci peyvəndi alarkən tutulub.
Brahmadeo Mandal adlı 84 yaşlı hindistanlı müxtəlif şəxsiyyət vəsiqələri və telefon nömrələrindən istifadə edərək 11 dəfə koronavirus peyvəndi almağı bacarıb. Mandal 12-ci peyvəndi almağa çalışarkən tutuldu.
O, qohumlarının telefon nömrələrini və şəxsiyyət vəsiqələrini alıb. O, müxtəlif peyvənd mərkəzlərinə gedib və dövlətin monitorinq sistemindən yan keçərək 11 COVID-19 peyvəndi alıb.
84 yaşlı təqaüdçü poçt işçisi Brahmadeo Mandal hər dəfə özünü daha yaxşı hiss etdiyini söyləyib.
Amma qoca 12-ci dozanı almağa gedərkən tutulub.
Onun barəsində araşdırmalara başlanılıb.
Peyvənddən maksimum fayda əldə etmək istədiyini bildirən qoca, "Hökumət böyük bir iş gördü. Peyvənddən çox faydalandım. Ona görə də təkrar-təkrar qəbul etdim"- deyə söyləyib.
Soyuqdəymə olmadığını və peyvəndlər sayəsində özünü daha fit hiss etdiyini deyən Mandal, xroniki bel ağrılarının da keçdiyini bildirib.