Avtobus toqquşdu: 6 nəfər öldü

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, yanvarın 7-də   Cənubi Afrikanın cənub-şərqində iki mikroavtobusun toqquşaraq qəzaya uğrayıb.

Bu barədə yerli SABC radiostansiyası  polisə istinadən məlumat yayıb .

Hadisə Şərqi Keyp əyalətinin magistral yolunda gecə saatlarında baş verib. İki mikroavtobusun toqquşması nəticəsində 6 nəfər ölüb, daha 9 nəfər yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb. Qəzanın səbəbləri ilə bağlı araşdırmalara başlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31