Dünyada COVID-19-a yoluxanların sayı 300 milyonu ötdü

Dünyada pandemiya dövründə aşkar edilmiş koronavirusa yoluxma hallarının sayı 300 milyonu ötüb. 

Olaylar.az xəbər verir ki, bu barədə Cons Hopkins Universitetindən məlumat verilib.

Məlumata görə, COVID-19-a yoluxanların sayı 300 095 481 nəfər, dünyasını dəyişənlərin sayı isə 5 472 039 nəfər olub.
Həmçinin, həmin günün əvvəlində ÜST COVID-19 hadisələrinin yeni rekord gündəlik artımını elan edib. Belə ki, təşkilatın məlumatına görə, son 24 saat ərzində dünyada 2 618 130 nəfərdə koronavirusa yoluxma aşkarlanıb.
Qeyd olunur ki, bu, pandemiyanın bütün dövrü üçün təşkilatın statistikasında ən yüksək gündəlik göstəricidir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31