Tokayev elan etdi: "Bütün regionlarda konstitusiya quruluşu bərpa olunub"
7 Yanvar 2022 10:00 DünyaQazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin sədrliyi ilə terrorla mübarizə qərargahının iclası keçirilib.
RİA "Novosti" xəbər verir ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev respublikanın bütün regionlarında konstitusiya quruluşunun bərpa olunduğunu bildirib.
"Antiterror əməliyyatı başlayıb. Hüquq-mühafizə orqanları gərgin iş aparır. Ölkənin bütün bölgələrində konstitusiya quruluşu əsasən bərpa olunub. Vəziyyətə yerli orqanlar nəzarət edir", - Tokayev bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31