Qazaxıstanın Qızılorda vilayətində antiterror əməliyyatı keçirilir
6 Yanvar 2022 22:55 DünyaQazaxıstan təhlükəsizlik qüvvələri Qızılorda vilayətində əks-terror əməliyyatı keçirir, 168 nəfər yaralanıb.
Bu barədə "Xabar-24" televiziya kanalı bölgənin rəhbəri Gülşara Abdıkalikovaya istinadən bildirib.
Məlumata əsasən, Qızılorda vilayətində baş verən iğtişaşlar nəticəsində bir neçə inzibati binaya, o cümlədən akimlik (administrasiya), Nur Otan partiyası filialının binasına və məhkəmə binasına ziyan dəyib.
G.Abdıkalikova bildirib ki, hazırda 168 nəfər xəsarət alıb, onlardan 77-si xəstəxanaya yerləşdirilib. O, bütün vətəndaşları ictimai asayişə riayət etməyə və yalnız fövqəladə hallarda evlərini tərk etməyə çağırıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31