BMT-dən Qazaxıstanla bağlı - Çağırış

Birləşmiş Millətlər Təşkilatı (BMT) Qazaxıstanda zorakılıqdan çəkinməyə çağırıb.

Bu barədə təşkilatın Baş katibi ofisi məlumat yayıb.

Bildirilib ki, BMT-nin xüsusi nümayəndəsi Qazaxıstanın xarici işlər nazirinin müavini ilə telefon danışığı keçirib.

Məlumatda qeyd edilib ki, BMT Qazaxıstan hakimiyyəti ilə bir sıra təmaslar aparıb, vəziyyəti yaxından izləməkdə davam edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31