“Qazaxıstanda Rusiyanın və KTMT-nin hərbi bazası daimi qalmalıdır” – Dumanın fraksiya sədri Sergey Mironovdan müraciət

"KTMT-nin hərbi qüvvələri rus əhalisinin müdafiəsi üçün Qazaxıstanda daimi qalmalıdırlar".

Azpost.info bildirir ki, bu sözləri Rusiya Dövlət Dumasının "Ədalətli Rusiya" fraksiyasının rəhbəri, deputat Sergey Mironov bəyan edib.

"Rusiyanın hərbi hissələrinin təşkil etdiyi KTMT qüvvələri Qazaxstanda ekstermizmə qarşı müqavimət üçün baza rolunu oynaya bilər. Bu sistemin ən mühüm işlərindən biri rusdilli əhalinin müdafiəsi olmalıdır. Qazaxstanda KTMT-nin bir neçə daimi bazasının yerləşdirilməsini məqsədəuyğun hesab edirəm"-deyə Mironov bildirib.

Deputat deyib ki, rusların müdafiəsi Rusiya üçün Orta Asiyada təhlükəsizliklə bağlı problemlərin müzakirəsi zamanı əsas məsələ olmalıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31