Qazaxıstan DİN: Almatıda vəziyyət gərgin olaraq qalır
6 Yanvar 2022 21:06 DünyaQazaxıstanın Almatı şəhərində vəziyyət gərgin olaraq qalır.
TASS xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qazaxıstanın digər bölgələrində isə vəziyyət sabitləşib. Paytaxt Nur-Sultan, Çimkent, Akmola, Qızılorda, Pavlodar, Şimali Qazaxıstan və Türküstan vilayətlərində sakitlik hökm sürür.
Aktobe, Atırau, Qərbi Qazaxıstan, Mangistau vilayətlərində bir neçə magistral və dəmir yolu xətti bağlanıb.
Antiterror əməliyyatı davam edir.
Bundan əvvəl Qazaxıstan hərbçiləri səsgücləndiricilər vasitəsilə iğtişaşçıların Almatıdakı Respublika meydanını boşaltmaqlarını tələb edib və onlara atəş açacaqları barədə xəbərdarlıq edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31